Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 22:27

Avropa rəsmisi:" Kataloniya ətrafında yaranmış vəziyyətə müdaxilə edə bilmərik"


Donald Tusk

“Avropa Birliyi İspaniyanın muxtar Kataloniya vilayəti ətrafında yaranmış vəziyyətə müdaxilə edə bilməz”.

Azadlıq Radiosunun oktyabrın 20-də verdiyi məlumata görə, bunu Avropa Şurasının rəhbəri Donald Tusk birliyin Brüsseldə keçirilən sammitində deyib.

O qeyd edib ki, Avropa Birliyi hətta Madridlə Barselona arasında vasitəci də ola bilməz.

İspaniya hökuməti oktyabrın 19-da Kataloniyanın muxtariyyatını dayandırmağa və konstitusiyanın 155-ci bəndinə əsasən orda birbaşa idarəcilik tətbiq etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, müxtariyyət ideyasından əl çəkmək üçün İspaniya hökumətinin Kataloniya rəhbərliyinə verdiyi vaxt oktyabrın 19-da sona yetdi və Kataloniya tələbə məhəl qoymadı.

Kataloniya rəhbərliyi xəbərdarlıq edib ki, əgər Madrid Barselona ilə dialoqa ketməsə regional parlament müstəqillik bəyannaməsi qəbul edə bilər.

Kataloniya oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirib və 90 faizdən çox seçici müstəqilliyə hə deyib.

İspaniya hakimiyyəti referendumun qanunsuz olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG