Keçid linkləri

2024, 09 Mart, şənbə, Bakı vaxtı 00:29

Kreditə görə qadına 10 gün həbs verilib


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Bu həftə Azərbaycanda bankdan kredit götürən şəxsə zamin duran bir qadının inzibati qaydada həbs edildiyi bildirilir.

Bu haqda hüquqşünas Əkrəm Həsənov danışıb.

Ə.Həsənov deyib ki, Sabunçu Rayon Məhkəməsi «Atabank»dan kredit götürən şəxsə zamin duran Lalə Bunyatovanı həbs edib:

«Onun barəsində 10 gün müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb».

Ə.Həsənov bildirib ki, məhkəmə qərarında qeyd olunur ki, zamin üzrsüz səbəbdən borcu ödəmir:

«Halbuki, o, işdə işsiz kimi təqdim edilir. İşsiz şəxsin borcu ödəməsi mümkünsüzdür və burada vətəndaşın hər hansı təqsirindən söhbət gedə bilməz».

Axırıncı dəfə nə məqsədlə borc, kredit götürmüsüz?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Vəkilin deməsinə görə, L.Bunyatova əslində isə işləyir. Ancaq onun bildirməsinə görə, icra məmuru bunu müəyyən etməyib:

«Əməkhaqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib. Bu xanım borc üzrə haqqında məhkəmə qərarının olmasını yalnız oktyabrın 4-də, həbsindən 13 gün əvvəl bilib. Buna qədər ona heç bir sənəd göndərilməyib».

Ə.Həsənov deyib ki, borcun məbləği 8 min 701 manatdır. O, məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini söyləyib.

Vəkilin bu açıqlamasına hələlik sözügedən bankın, Sabunçu Rayon Məhkəməsinin və başqa aidiyyəti qurumların münasibətini öyrənmək mümkün olmayıb.

XATIRLATMA

Azərbaycanda «vaxtı keçmiş kreditlər» problemi 2015-ci ildə manatın iki dəfə devalvasiyasından sonra üzə çıxıb. Həmin vaxt manat iki dəfə dəyər itirib.

Hazırda belə kreditlərin həcmi 1 milyard 824 milyon manat təşkil edir.

Kredit borcuna görə həbs edilənlərdən bir neçəsinin şikayətinə hazırda Avropa İnsan Hüquqları Məhkəməsində baxılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG