Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:36

Bu gün, oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə gedib.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyevi Türkiyəyə prezidenti Receb Tayyib Erdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etməkdən ötrü İstanbula yollanıb.

Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

D-8 1997-ci ildə yaradılıb. Türkiyə, İran, Pakistan, Malayziya, Banqladeş, İndoneziya, Misir və Nigeriyadan ibarətdir.

Bu gün, oktyabrın 19-da İstanbulda D-8 təşkilatına daxil olan ölkələrin liderləri bir araya gəliblər. Toplantı oktyabrın 20-də başa çatacaq.

Toplantıda üzv ölkələr arasında iqtisadi və sosial əməkdaşlığı gücləndirmək məsələləri müzakirə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG