Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:49

Hökumət Nemət Pənahlıya təzminat ödəməlidir


Nemət Pənahlı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 19-da Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb. Qərar Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının şikayəti ilə bağlı qəbul edilib.

Qərar məhkəmənin saytında açıqlanıb.

Qərarda göstərilir ki, Nemət Pənahlın 2011-ci ilin yanvarında Azərbaycanda həbs edilib. Onu Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ü maddələri ilə (xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) ittiham ediblər. Məhkəmə Nemət Pənahlıya verilən ittihamları haqlı sayaraq, onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

N.Pənahlı saxlanılarkən barəsində məhkəməyə qədər 2 aylıq həbs cəzası seçilib. Həmin həbs qərarı sonradan 1 aylığa artırılıb.

N.Pənahlının vəkilləri AİHM-ə onun məhkəməyə qədər həbs edilməsi barədə qərardan şikayət ediblər.

Onu AİHM-də hüquqşünas İntiqam Əliyev təmsil edib. Hüquqşünasların şikayətində bildirilib ki, yerli məhkəmələr N. Pənahlı barəsində həbs qətimkan tədbiri seçərkən Avropa Konvensiyasının 5.3-cü (həbsin seçilməsinin əsaslandırılması) maddəsini pozublar. Məhkəmədən pozuntunun tanınması və dəymiş zərərin kompensasiya edilməsi istənilib.

Buna da bax: Müstəqillik Aktının qəbulu anbaan burada [Infoqrafika]

AİHM şikayəti təmin edib. Avropa Konvensiyasının 5.3-cü maddəsinin pozuntusu tanınıb. Qərara əsasən Azərbaycan hökuməti N.Pənahlıya ümumilikdə 4 min avro ödəməlidir.

Nemət Pənahlı hazırda azadlıqdadır. O, ötən il martın 17-də prezidentim verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG