Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:24

Etirazçıların ilk uğuru (Video)


Kiyevdə etiraz aksiyası

Kiyevdə parlament binası qarşısına toplaşan etirazçılar oktybarın 19-da ilk uğuru qazanıblar.

Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Ukrayna parlamenti etirazçıların tələb etdiyi 3 qanun layihəsindən birini rəy almaq üçün Konstitusiya Məhkəməsinə göndərib. Parlamentin deputatı, ölkə prezidenti Poroshenkonun tənqidçisi Mustafa Nayyem bu hadisəni nümayişçilərin ilk kiçik qələbəsi adlandırıb.

Bu qanun layihəsi deputaların toxunulmazlığının götürülməsini nəzərdə tutur.

Oktybarın 17-dən Kiyevdə nümayiş keçirən etirazçılar daha iki qanunun qəbul olunmasını tələb edirlər. Bu qanunlar - anti-korrupsiya və açıq partiya siyahıları ilə seçki qanunlarıdır.

Kiyevdə etirazçıların "ilk qələbəsi"
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Etiraz nümayişlərinə başçılıq edən Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakashvili Ukraynadakı korrupsiyaya görə ölkə prezidentini günahlandırır və Petro Poroshenkonun istefasını tələb edir.

Nümayişçilərin tələb etdikləri qanun layihələri o cümlədən Ukrayna prezidentinin impiçmenti üçün qanunvericilik bazası hazırlamalıdır.

Oktybarın 17-dən başlanan etiraz nümayişi əsasən dinc keçir. Polislə yalnız xırda toqquşmalar olub. Nümayişçilər tələbləri yerinə yetənəcən meydanda qalacaqlarını deyirlər və onlarla çadır qurublar. Nümayişlərin ilk günü Ukrayna prezidenti Poroshenko bildirdi ki, hakimiyyət dialoqa açıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG