Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

ABŞ şirkətlərinə aqrar sahədə əməkdaşlıq təklif edilib


Arxiv fotosu

Oktyabrın 18-də ABŞ-ın "Argus Limited USA", "Lindsay" və "WCC International" şirkətlərinin nümayəndələri Kənd Təsərrüfatı Nazirliyində ikitərəfli əməkdaşlığı müzakirə edib.

Nazirlikdən yayılan məlumata görə, ABŞ şirkətlərinin nümayəndələri orqanik (ekoloji təmiz məhsullar) məhsulların yetişdirilməsindən ötrü Azərbaycanda potensial imkanların olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, suvarma sistemlərinin yaradılmasında maraqlıdırlar.

Onları qəbul edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə bildirib ki, şoranlıq torpaqların dövriyyəyə qaytarılması, orqanik məhsulların istehsalını məqsədəuyğun sayırlar.

O, ABŞ təcrübəsindən istifadə etməklə nazirliyin bölgələrdəki sınaq stansiyalarında nümunəvi əkinlərin həyata keçirilməsi və fermerlərə nümayiş etdirilməsinin də mümkün olduğunu ifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG