Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:06

Yoxlamaların dayandırılması müddəti uzadılır


Milli Məclis

Bu gün, oktyabrın 19-u Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

APA-nın xəbərinə görə, komitə sədri Ziyad Səmədzadə deyib ki, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.

Z.Səmədzadə bildirib ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanuna dəyişiklik təklif edilir. Onun deməsinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

«Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanuna əsasən, bu sahədə yoxlamaların dayandırılması müddəti bu il noyabrın 1-də bitir.

Bununla bağlı qanun layihəsi iki il əvvəl parlamentə göndərilərək təsdiq edilmişdi.

Rəsmilər bildirir ki, belə bir qanun layihəsinin qəbulundan sonra yoxlamalar kəskin azalıb. Bu da prezidentin sahibkarlığa böyük dəstəyinin göstəricisidir. Ancaq bəzi ekspertlər də deyir ki, Vergilər Nazirliyi hələ də istədiyi qurumu təkrar-təkrar yoxlaya bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG