Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:54

Oktyabrın 19-da Kataloniya lideri Carles Puigdemont-a müstəqillik məsələsindən əl çəkmək üçün qoyulmuş son tarix bitir. İspaniya hökuməti xəbərdarlıq edib ki, yerli vaxtla səhər saat 10-dək bunu etməsə, regionun muxtariyyəti ləğv olunacaq.

Bu, artıq ikinci və sonuncu son tarixdir. Madrid deyir ki, Puigdemont müstəqillik elan edib-etmədiyini oktyabrın 16-dək aydınlaşdırmadı.

Oktyabrın 18-də parlament qarşısında çıxış edən baş nazir Rajoy Kataloniya liderini həssas davranmağa və bütün vətəndaşların maraqlarına cavab verməyə çağırıb.

İspaniya konstitusiyasının 155-ci maddəsinə görə, hər hansı bir region hüquqi öhdəliklərə əməl etməzsə, Madrid ona birbaşa idarəçilik tətbiq edə bilər.

1 oktyabr müstəqillik referendumundan sonra Puigdemont müstəqillik bəyannaməsini imzalayıb, ancaq onun icrasını ertələyib və Madridlə danışıqlara çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG