Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:14

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 19-da Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv-in rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

S.Kubiv oktyabrın 19-da Azərbaycanda rəsmi görüşlərə başlayıb. Onun bu səfər çərçivəsində baş naziri Artur Rasizadə, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə iki ölkə arasında iqtisadi, ticari əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, nəqliyyat dəhlizləri, Ukraynada Azərbaycan Ticarət Evinin açılması və digər məsələlər müzakirə olunmalıdır.

S.Kubiv səfər çərçivəsində həmçinin, Sumqayıt Kimya Sənaye Parkı və Sumqayıt Texnologiyalar Parkında, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda yaradılmış şəraitlə də tanış olmalıdır. Baş nazirin müavininin daha sonra Bakı Biznes Mərkəzində sahibkarlarla görüşü nəzərdə tutulub.

Səfər oktyabrın 22-də başa çatmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG