Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:34

Gürcüstan sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən və araq istehsalında nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markasının saxlandığı bildirilir.

Bu barədə bu gün, oktyabrın 19-u Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-dən bildiriblər ki, araşdırmalar zamanı aksiz markalarının çatdırıldığı, qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə saxta araqların istehsal olunduğu müəyyən edilib.

«Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub. Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyinin birgə araşdırmaları davam etdirilir», - məlumatda vurğulanır.

Ancaq həmin məkanların ünvanları açıqlanmır. Orada fəaliyyət göstərən şəxslərin bu açıqlamaya münasibəti bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG