Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:06

Qarabağ ilk xalını qazandı


"Qarabağ" azarkeşləri "Atletiko" ilə oyun haqda danışır
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

"Qarabağ" azarkeşləri "Atletiko" ilə oyun haqda danışır

Bu gün UEFA Çempionlar Liqasında 3-cü turun matçında Azərbaycanın Qarabağ və İspaniyanın Atletico klublarının qarşılaşmasında hesab açılmayıb.

Belə nəticə Madrid futbolçularını məyus etsə də, Qarabağ klubu bu turnirdə ilk xalını qazanıb.

İspaniyanın idman saytları yazır ki, Bakıda itirlən xal Atletico klubunun zirvəyə yüksəlişində ciddi manea yaradacaq.

Madridlilərin hazırda 2 xalı var.

Gərgin keçən matçda Qarabağ futbolçuları ehtiyatlı, lakin maraqlı oyun nümayiş etdiriblər.

İkinci hissənin sonlarına yaxın Qarabağ futbolçusu Ndlovu qırmızı kart alıb. Bundan sonra tam 18 dəqiqə ərzində Qarabağ mübarizəni 10 futbolçu ilə davam etdirib.

Qapıçı Sehic oyun boyunca çox sayda təhlükəli vəziyyətlərin qarşısını alıb.

Artırılmış vaxtın son dəqiqəsində Atletico klubuna verilmiş cərimə zərbəsi də ispanlara uğur gətirməyib.

0-0 hesabı ilə bitən oyunu "Qarabağ" 10 nəfərlə başa vurub.

Qol.az saytı bunu "sensasiya" kimi qiymətləndirib.

"Qarabağ" ilk iki oyunda "Çelsi" və "Roma" komandalarına uduzub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG