Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

‘Azərbaycan polisinin 100 illiyi’ medalı təsis edilib


“Azərbaycan Polisinin 100 illiyi” medalı

Azərbaycan polisinin 100 illiyi (1918-2018) ilə əlaqədar olaraq, yubiley medalı təsis edilib.

Prezident İlham Əliyev bununla bağlı “Orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədi təsdiqləyib. Ölkə başçısı həmçinin qanunun tətbiqi ilə bağlı fərman da imzalayıb.

Buna da bax: Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?

Adıçəkilən qanunun 2-ci maddəsinə dəyişiklik edilib. Dəyişiklik “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı”nın təsis edilməsini nəzərdə tutur.

Nazirlər Kabineti qanunun tətbiqi ilə bağlı məsələlərin həllini təmin etməlidir.

“Azərbaycan polisinin 100 illiyi (1918-2018)” medalı ilə təltif etmək səlahiyyəti isə daxili işlər nazirinə verilib.

“Azərbaycan Polisinin 100 illiyi” medalı
“Azərbaycan Polisinin 100 illiyi” medalı

Günün bütün mövzuları

XS
SM
MD
LG