Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:53

9 ayda 1,2 ton narkotik müsadirə edilib


Müsadirə edilən narkotik

“Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 2 min 373 fakt aşkar edilib. Onlardan 678-i satış məqsədilə, 1455-i isə əldə etmə və saxlama ilə bağlı olub”.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında belə yazılır.

Məlumatda bildirilir ki, 9 ayda 1 ton 25 kq 434 qram narkotik vasitə və psixotrop maddələr müsadirə edilib.

Müsadirə edilən narkotik vasitələrin 58,4 faizi marixuana, 16,9 faizi tiryək, 17,5 faizi isə heroin olub.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Qeyd olunan cinayət əməllərinə görə, 1955 nəfərin məsuliyyətə cəlb edildiyi bildirilir. Onlardan 1926-ı kişilər, 29-u qadınlar olub...

HIV-yə yoluxanlar...

Komissiyanın məlumatında ölkədə qeydiyyatda olan narkotik vasitə aludəçilərinin, AIDS-li (azərbaycanca QİÇS-Qazanılmış immun çatışmazlıq sindromu) xəstələrin statistik məlumatlarına da yer verilib.

2016-cı ilin sonuna olan məlumata görə, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 29 min 448 nəfər qeydiyyatda olub. 2016-cı il ərzində 2 min 142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

AIDS-lə Mübarizə Mərkəzində isə 2017-ci ilin 9 ayında Azərbaycanda HIV-yə (azərbaycanca İİV-İnsanın immun çatışmazlıq virusu) yoluxması yeni aşkar olunan insanların sayı 390 nəfər təşkil edib.

Ümumilikdə, Azərbaycanda HIV infeksiyası təsdiq olunan 6575 nəfər qeydiyyata götürülüb.

HIV müalicə olunmadıqda AIDS-ə gətirib çıxara bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG