Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:17

Cəbhəçi fəal: 'Polis dedi ki, guya götürülən əl izlərim yaxşı düşməyib'


Arxiv fotosu

Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində AXCP Binəqədi rayon şöbəsinin üzvü Ramid Nağıyevin 25 sutka inzibati həbsindən verilmiş şikayətə baxılıb.

Məhkəmədə vəkil Yalçın İmanov deyib ki, R.Nağıyevin inzibati xətaya yol verməsi – söyüş söyməsi, onu intizama dəvət edən polisin qanuni tələbinə əməl etməməsi haqda protokol saxtadır. Vəkilin sözlərinə görə, əslində, Nağıyev heç bir qanun pozuntusuna yol verməyib.

“Dedilər ki, əl izlərin lazımdır”

Elə cəbhəçi gəncin özü də protokolda yazılanların yalan olduğunu deyib. O bildirib ki, həbsindən bir gün öncə - oktyabrın 3-də saat 12 radələrində zəng edib, onu Binəqədi rayonu, 6-cı polis bölməsinə çağırıblar. O da həmin gün bölməyə gedib və axşam saat 16.00-a qədər orada saxlanılıb. R.Nağıyevin sözlərinə görə, orada onun şəklini çəkiblər, əl-barmaq izlərini götürüblər, ailə üzvləri, qohumları haqda məlumatlar alıb buraxıblar. Amma oktyabrın 4-də səhər saatlarında yenə zəng gəlib. Zəng edən şəxs özünü bölmənin əməkdaşı İlkin kimi təqdim edərək, onu yenə çağırıb:

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

“Polis bildirdi ki, guya bir gün əvvəl götürülən əl izlərim yaxşı düşməyib, ona görə yenidən götürəcəklər, on dəqiqəlik işdir. Dedim ki, işə gecikirəm. Zəng eləyən polis dedi ki, hardasansa, özüm gəlim ora. Danışdıq ki, Biləcəridəki polis məntəqəsinin qarşısında görüşək. Elə ora çatanda gördüm ki, iki maşından 6 nəfər düşdü. Onlardan beşi mülki geyimli, biri polis formasında idi. Məni zorla maşına basıb 6-cı polis bölməsinə gətirdilər. Orada barəmdə saxta protokol tərtib elədilər ki, guya yüksək səslə telefonla danışanda söyüş söymüşəm, məni intizama dəvət edən polisin tələbinə tabe olmamışam. Mən protokola imza atmadım. Məni Binəqədi rayon məhkəməsinə gətirib, 25 sutka həbs haqda qərar aldılar”.

Avropa Məhkəməsinə şikayət olunacaq

Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını elan edib.

Buna da bax: Müsavatçılar: 'Qərargaha gələnləri polislər sorğu-sual etməyə başlayıb'

Vəkil Y.İmanov AzadlıqRadiosu-na bildirib ki, bu cür işlərdə Ali Məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmayıb. Ona görə də apellyasiya məhkəməsinin qərarını alandan sonra R.Nağıyev haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG