Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Prezident Polşadan gələn naziri qəbul edib


Witold Waszczykowski

Bu gün, oktyabrın 18-i prezidenti İlham Əliyev Polşanın xarici işlər naziri Witold Waszczykowski-nin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev iki ölkə arasında əməkdaşlıqdan danışıb. O vurğulayıb ki, bu əməkdaşlığın siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji və nəqliyyat sahələrində daha da genişləndirilməsi vacibdir.

Prezident İ.Əliyev daha sonra deyib ki, Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramına üzv dövlətlərə eyni münasibət göstərilməlidir.

Polşanın xarici işlər naziri W.Waszczykowski isə öz növbəsində bildirib ki, ölkəsi Azərbaycan ilə əlaqələri genişləndirmək və inkişaf etdirmək niyyətindədir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

«Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin yaradılmasında Azərbaycanın əhəmiyyətlindən də bəhs edilib.

Oktyabrın 18-də Azərbaycanda rəsmi görüşlərə başlayan W.Waszczykowski azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da bir araya gəlməlidir. Bu görüşdən sonra onların birgə mətbuat konfransı keçirəcəkləri bildirilir.

XATIRLATMA

Əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Hazırda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişi ətrafında danışıqlar gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG