Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 03:28

'Taliban' komandirlərinin öldürüldüyü bildirilir


Dron

Oktyabrın 17-də ABŞ dronlarının ikinci dəfə endirdiyi raket zərbələrindən azı 11 talibançının öldürüldüyü, onların arasında komandirlərin də olduğu bildirilir. Pakistanla Əfqanıstan arasındakı sərhəd regionuna bir gün öncəki zərbələrdə isə 20 yaraqlı öldürülmüşdü.

Yerli rəsmilərdən biri «Reuters» agentliyinə deyib ki, dronlar talibançıların gizləndiyi yerləri atəşə tutub və iki gün ərzində azı 31 nəfər öldürülüb.

«Taliban»dakı mənbələrin «Reuters»ə deməsinə görə, iki gündə dron zərbələrindən Pakistanda mənzillənən və «Taliban»la müttəfiq, ekstremist «Haqqani» şəbəkəsinin 24 üzvü qətlə yetirilib.

Paktiya vilayətindən deputat Mujeeb Rahman Chamkani «The Associated Press» agentliyinə deyib ki, son zərbələr «Taliban» bir gün öncə qətlə yetirilmiş 20 yaraqlının meyitlərini yığarkən endirilib.

Kəşfiyyat rəsmiləri dron zərbələrinin «Haqqani» şəbəkəsini hədəfə aldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG