Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:36

Nazir: ‘Valyuta ehtiyatlarımız 42 milyarda çatıb’


Şahin Mustafayev

“2017-ci ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5, qeyri-neft sənayesi 3,1, kənd təsərrüfatı 2,8, xarici ticarət dövriyyəsi isə 7 faiz artıb. Müsbət ticarət saldosu 4,4 milyard dollar təşkil edib”.

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir oktyabrın 17-də İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında çıxış edib.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

O, 9 ayda Azərbaycanın valyuta ehtiyatlarının 4,5 milyard dollar artdığını, 42 milyard dollara çatdığını bildirib.

Toplantıda İqtisadiyyat Nazirliyinin Strateji Yol Xəritələrində həmicraçı olduğu 364 tədbirin icrası üzrə görülən işlər barədə məruzələr dinlənilib.

Şahin Mustafayev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan bütün tədbirlərin 2020-ci ilə qədər öz həllini tapmalı olduğunu vurğulayıb.

Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]

Toplantıda ölkə başçısının Nazirlər Kabinetinin iclasında İqtisadiyyat Nazirliyi qarşısında qoyduğu vəzifələrin icrasından ötrü tədbirlər planının hazırlanması qərara alınıb.

Xatırlatma

Bir müddət öncə 9 ayın yekunları üzrə Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev də inkişafa dair oxşar rəqəmlər səsləndirmişdi.

Ondan sonra müstəqil iqtisadçılar bildirdilər ki, hakimiyyət real həqiqətləri çatdırmır.

Ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 4 faizə qədər azalıb. Bu proses bu il də davam edir.

İqtisadçılar xatırladıb ki, ümumilikdə hələ rəsmi rəqəmlərə görə sənayedə 6 faizə qədər geriləmə var. Üstəlik, büdcə kəsirlə həyata keçirilir. Maaş və pensiyaların gecikdirilməsi ilə bağlı şikayətlər eşidilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG