Azərbaycan 'Uber' taksi xidmətini vergiyə cəlb etməyin yollarını axtarır. Bu gün, oktyabrın 17-də Azərbaycan Banklar Assosiasiyasında (ABA) bununla bağlı toplantı olub.
Bu haqda ABA-nın press-relizində bildirilir.
Məlumatda sözügedən məsələ ilə bağlı ekspert qrupu yaradılıb. Qrupda ABA, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və digər əlaqəli qurumlar təmsil olunur.
Buna da bax: Təkcə yükdaşımalardan Azərbaycan yarım milyard dollar qazana bilər
Toplantı zamanı 'Uber' taksi xidmətləri ilə bağlı qeyri-rezidentə elektron qaydada aparılan ödənişlərin, xidmətin vergiyə cəlb edilməsi məsələlərinin müzakirə olunduğu bildirilir.
Digər taksi sistemlərinə də elektron ödənişlərin tətbiqi məsələsi toplantıda müzakirə edilən mövzulardan olub.
Buna da bax: Manatla əmanətlər niyə artır? [şərhlər]
Müzakirələrin detalları haqda bilgi verilmir.
Xatırlatma
'Uber' taksi xidməti 8 il əvvəl, 2009-cu ildə Amerikanın San-Fransisko şəhərində yaradılıb. Xidmət qısa müddət ərzində dünyanın əksər ölkələrinə yayılıb.
Son illərdə 'Uber' ən çox investisiya cəlb edən xidmətlərdən olub.
'Uber' taksi xidməti Azərbaycana 2015-ci ildə gəlib.