Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:57

Bu gün, oktyabrın 17-si Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə silahlı qüvvələrinin rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Müdafiə Nazirliyinin xəbərinə görə, üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisi Vladimer Chachibaia və Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar iştirak ediblər.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi müzakirə olunub.

Tərəflər ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bildiriblər.

Sonda əməkdaşlıq üzrə birgə protokol imzalanıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Bu gün, oktyabrın 17-si Tbilisi şəhərində Azərbaycan müdafiə naziri Zakir Həsənov və Türkiyə Baş Qərargah rəisi Hulusi Akar arasında görüş keçirilib.

Xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, tərəflər müdafiə sahəsində mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə vurğulanıb ki, bu, bölgədə sülh və sabitliyə öz töhfəsini verir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi, terrorizm və separatizm ilə mübarizədən də bəhs edilib.

Azərbaycan müdafiə naziri Z.Həsənov Gürcüstanda səfərdədir. O, dünən oktyabrın 16-da Gürcüstan Müdafiə Nazirliyinin rəhbərliyi ilə də görüşüb.

Səfərdə əsas məqsəd bu gün, oktyabrın 17-də Tbilisidə Gürcüstan və Türkiyə silahlı qüvvələri rəhbərləri ilə üçtərəfli formatda görüşdə iştirak etməkdir.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşləri ilk dəfə 2014-cü ildə Naxçıvanda keçirilib. Həmin zamandan bu yana ildə azı bir dəfə belə üçtərəfli görüş keçirilir. Görüşlərdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG