Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:11

Hakim partiya yerli seçkilərdə qalib gəlir


SDSM-in başçılıq etdiyi «Makedoniyada həyat» koalisiyası yerli seçkilərdə qələbəni bayram edir

Makedoniyanın hakim Sosial demokratları (SDSM) yerli seçkilərin birinci raundunda ciddi qələbə qazanıb. Bu, mühafizəkar, 10 ildən artıq ölkəni idarə etmiş VMRO DPMNE partiyasına ağır zərbə sayılır.

Ölkənin Mərkəzi Seçki Komissiyası oktyabrın 16-da yekun nəticələri elan edib. SDSM 81 bələdiyyədən 37-də qalib gəlib, 13-də isə ön yerlərə çıxıb. VMRO isə 56 bələdiyyəyə nəzarəti itirib, cəmi üç kənd bələdiyyəsində qələbə qazanıb.

Səsvermə oktyabrın 15-də keçirilib.

SDSM paytaxt Skopyeyə nəzarəti də VMRO-dan ala bilər.

VMRO-ya keçmiş baş nazir Nikola Gruevski başçılıq edir.

İkinci raund oktyabrın 29-da olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG