Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Spiker: ‘Azərbaycan dünyaya demokratik cəmiyyət nümunəsi ...’


Milli Məclisin sədri Oqtay Əsədov

“Ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur. Beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir. Təcavüzkarı beynəlxalq təşkilatların qərarlarına əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə Dağlıq Qarabağ münaqişəsinə ikili standart əsasında yanaşılmasına gətirib çıxarır”.

Milli Məclisin sədri Oqtay Əsədov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasındakı çıxışında belə deyib. Bu haqda parlamentin mətbuat xidmətinin bu gün, oktyabrın 16-da yaydığı məlumatda yazılır.

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

O.Əsədov Azərbaycan ərazisinin bir hissəsinin işğal altında tutulması barədə danışıb.

“Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməli və bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri əsasında həll edilməlidir”.

Oqtay Əsədov çıxışında multikulturalizm və tolerantlıq modelindən də bəhs edib. O, qeyd edib ki, Azərbaycan dünyaya demokratik cəmiyyət nümunəsi təqdim edir.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

“Bu nümunə etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə əsaslanır”, – spiker vurğulayıb.

Xatırlatma

Parlamentlərarası İttifaq (PAİ) müstəqil dövlətlərin parlamentlərinin ümumdünya təşkilatıdır. Əsası 1889-cu ildə qoyulan qurumun qərargahı Cenevrə şəhərində yerləşir.

Azərbaycan Parlamentlərarası İttifaqa 1993-cü il aprel ayında üzv qəbul olunub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG