Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:57

Qırğızstanda prezident seçkilərində müxalifətin əsas namizədi olan Ömürbek Babanov məğlubiyyətini etiraf edib. O oktybarın 16-da deyib ki, seçkidəki pozuntular haqda bütün məlumatlar araşdırılacaq, ancaq elan olunan nəticələrlə bağlı ölkədə etiraz nümayişlərinə başlamağı planlaşdırmır.

İlkin nəticələrə görə, Babanov oktyabrın 15-dəki seçkidə təxminən 33 faiz səs yığıb, seçkini isə 54 faiz səs yığan, hakimiyyət namzədi Sooronbai Jeenbekov udub.

Bu seçkilərlə prezidentlikdən gedən Almazbek Atambayev konstitusiyaya görə, yenidən prezident ola bilməzdi və o, avqusta qədər baş nazir olan 58 yaşlı Jeenbekovu dəstəkləyirdi.

Seçkidə səs verəndən sonra Atambayev müxalifətə xəbərdarlıq edib ki, etirazlara qalxmaq fikrinə düşməsinlər, etirazlar olsa, o, ölkəni “təmizləyəcək”.

ATƏT müşahidəçiləri ilkin hesabatlarında seçkini ümumiyyətlə müsbət qiymətləndirirlər, ancaq hakimiyyət resurslarından sui-istifadəni, təzyiqləri, səslərin satın alınması hallarını da qeyd edirlər.

Seçkidə qalib gələn Jeenbekov indiki prezident Atambayevin Sosial Demokrat partiyasındandır. Bu partiya parlamentdə və koalisyon hökumətdə çoxluğa malikdir.

Jeenbekovun iki universitet diplomu var: o həm zoomühəndis, həm də mühasibdir.

Jeenbekov: “Biz son 6 ildə çox şeyə nail olmuşuq. Bütün istiqamətlərdə inkişaf var. Mənim əsas vəzifəm əldə olunanı qoruyub saxlamaq, başlananları sona çatdırmaqdır. Bizi qarşıda islahlatların yeni mərhələləri gözləyir, bu islahları sona çatdırmaq lazımdır”

Jeenbekov Rusiyanı Qırğızstanın strateji müttəfiqi hesab edir. Onun fikrincə, yüz minlərlə qırğız miqrantın işlədiyi Rusiya ilə münasibətlər yaxşı olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG