Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:20

Kürd televiziyaları oktyabrın 16-da İraqın şimalndakı Kərkük şəhərinə kürd birləşməsinə məxsus tank və döyüşçülər daxil olduğunu göstərən kadrlar yayıb.

Reutersin məlumatına görə həmçinin İraq ordusu oktyabrın 15-i gecə saatlarında kürd birləşmələrinin nəzarətində olan regiondakı neft yataqları və hava bazasına tərəf hərəkət edib.

İraq ordusunun məlumatına görə, İraq qüvvələrəi "Şimal qəz şirkəti” stansiyası, neftayırma müəssisəsi və sənaye rayonu da daxil olmaqla Kərkükün cənubunda bir neçə mövqeyi kürd birləşmələrindən alıb.

Qeyd edək ki, Kərkükdə əsasən türkmənlər yaşayır və İraqdakı Kürdüstan vilayətindən kənarda yerləşir. Amma İraq ordusu 2014-cü ildə "İslam dövləti" yaraqlılarından qaçanda kürdlərin peşmərgə qeupu şəhəri qoruya bilib.

İraqın baş naziri Haider al-Abadi deyib ki, o, ölkənin kürd vətəndaşları ilə "müharibə etməyəcək". Amma İraq ordusunun bölmələri Kərkük ətrafına toplanıb.

İraq hökumətisentyabrın 25-də Kürd muxtariyyatınınmüstəqilliklə bağlı keçirdiyi referendumu qanunsuz sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG