Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Ukrayna üzərində Krımın şəkli olan yeni Rusiya rublunu qadağan etdi


Elvira Nabiullina

Ukrayna, üzərində Krımın şəkli olan yeni Rusiya rublunun ölkədə dövriyyəsini qadağan edib.

Bu barədə Ukraynanın milli bankına istinadla riafan.ru və digər internet portalları məlumat yayıb.

Bu yeni pul vahidinin üzərində Sevastopoldakı abidə və “Xersones Tavriçeski” muzeyinin şəkli var.

Ukraynanın milli bankı bu pul vahidi oktyabrın 17-dən qadağan edib, banklar və puldəyişmə məntəqələri onu qəbul etməyəcəklər.

Bankın məlumatında deyilir ki, Krım da daxil olmaqla üzərində Rusiya tərəfindən işğal edilmiş ərazilərin şəkli olan istənilən Rusiya pulu ölkə ərazisində qadağandır.

Rusiya Krımı 2014-cü ildə Ukraynadan ilhaq edərək özünə birləşdirib.

Bundan başqa Ukraynanın şərqindəki rusiyapərəst separatçılar birtərəfli qaydada özlərinin respublikasını elan ediblər.

Bundan sonra bölgədə separatçılarla Ukrayna ordusu arasında hərbi qarşıdurma yaranıb.

Hazırda tərəflər arasında atəşkəs rejimi mövcud olsa da separatçılarla Ukrayna ordusu bir-birini bu rejimi pozmaqda günahlandırırlar.

Bu müddət ərzində bölgədə gedən döyüşlərdə 10 mindən çox adam öldüyü bildirilir.

ABŞ və Avropa Birliyi Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Onlar Moskvanı Donbasdakı rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırırlar. Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG