Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:14

Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi son 8 ayda 7 faiz artaraq 416 milyon dollara çatıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev oktyabrın 16-da Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda deyib.

«Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 12.7 milyard dollara bərabərdir. Azərbaycanın ABŞ-a yatırdığı investisiyaların həcmi isə 3 milyard dollara çatıb», - deyə nazir müavini vurğulayıb.

ABŞ Kommersiya Xidmətinin region üzrə baş müşaviri William Czajkowski də forumda iştirak edir. ABŞ-ın foruma qatılan ticarət missiyasına 15 şirkət daxildir. Forumda bu ölkədən 30-a qədər ən müxtəlif sahə üzrə işadamı iştirak edir.

İlk Azərbaycan-ABŞ biznes forumu ötən il dekabrın 1-də keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG