Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:27

Zakir Həsənov gürcü komandan ilə görüşüb


Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov bu gün, oktyabrın 16-da Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Chachibaia ilə görüşüb.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Z.Həsənovun bu ölkənin baş qərargah rəisi ilə ikitərəfli əlaqələri müzakirə etdiyi bildirilir.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında regional və beynəlxalq səviyyədə həyata keçirilən əməkdaşlıq təcrübəsinə də toxunublar. Onlar qeyd edib ki, bu münasibətlər bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaradır.

Hərbi liderlər Gürcüstanın da iştirakı ilə üçtərəfli və ikitərəfli formatda birgə təlimlərin keçirilməsindən bəhs ediblər. Onlar bildiriblər ki, bu təlimlər regional təhlükəsizliyə öz töhfəsini verər.

Müdafiə naziri Tbilisiyə gedib

Azərbaycan müdafiə naziri Zakir Həsənov Gürcüstan paytaxtı Tbilisiyə gedib.

Bu barədə bu gün, oktyabrın 16-sı Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, səfərdə məqsəd oktyabrın 17-də Tbilisidə Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərləri ilə görüşdə iştirak etməkdir.

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşləri ilk dəfə 2014-cü ildə Naxçıvanda keçirilib. Həmin zamandan bu yana ildə azı bir dəfə belə üçtərəfli görüş keçirilir. Görüşlərdə üçtərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG