Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:08

Oktyabrın 16-sı Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir . Ancaq günün ikinci yarısında arabir yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 13-16, gündüz 17-21, Bakıda gecə 14-16, gündüz 18-20 dərəcə isti olacaq.

Oktyabrın 16-sı günün ikinci yarısından 17-si günortaya qədər Bakıda və Abşeronda havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı düşəcəyi güman edilir.

Oktyabrın 16-da şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının leysana çevriləcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.

Gecə 9-14, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-11 dərəcə isti olacağı təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG