Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Şəffaflıqla bağlı qurum fond yox, komissiya olacaq


Arxiv fotosu

"Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə Milli Fəaliyyət Planı"nda hasilat sənayesində şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin icrasına məsul olan qurum dəyişib.

Bununla bağlı prezidenti İlham Əliyev oktyabrın 13-də “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin 2016-cı il aprelin 27-də verdiyi sərəncamla bu məsələdə məsul icraçı qurum olaraq Dövlət Neft Fondu müəyyənləşdirilmişdi.

Buna da bax:​ Anar Məmmədli: 'Deməzdim ki, AŞPA-nın hesabatları kəskin, barışmazdır'

Dəyişikliyə əsasən isə 2017-2018-ci illərdə hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi və əməldaşlıq məsələlərini Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya həyata keçirəcək.

Komissiyanın sədri yenə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumovdur.

Xatırlatma

Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) prosesinə 2003-cü ildə qoşulub. Azərbaycanın statusu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

Buna da bax:​ Azərbaycan Avropa Şurasından çıxarılır, ya özü çıxır? [Video]

Qurum qərarını vətəndaş cəmiyyətinə basqılarla əlaqələndirərək, durumun yaxşılaşdırılmasının zəruriliyini bəyan etmişdi.

2016-cı ildə EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərini yenidən qiymətləndirib və ölkəni namizəd statusunda saxlamışdı.

Həmin qərarla İdarə Heyəti hökumətə növbəti iclasa qədər islahedici tədbirlər planı təqdim etmişdi. EITI-nin beynəlxalq İdarə Heyətinin bu il martın 8-də Kolumbiyanın Boqota şəhərində keçirilən növbəti kollegiya iclasında Azərbaycan tərəfi qurumdan çıxması barədə bəyanat verib. Buna Azərbaycanın qurumda üzvlüyünün dayandırılması səbəb olmuşdu. EITI idarə heyyəti islahedici tədbirlərin görülmədiyi qənaətinə gələrək bu addımı atmışdı.

Buna da bax:​ 'Avromed' şirkətinə 'çirkli pul fondundan' 130 milyon dollar köçürülüb

Bundan bir ay sonra, aprelin 5-də isə Azərbaycan prezidenti “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalamışdı.

Fərmana əsasən Azərbaycanın hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG