Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:06

6 məhkəmə sədri aşağı işə keçirilib


Məhkəmə qarşısında. 03may2017

Oktyabrın 13-ü Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, iclasda birinci instansiya məhkəmələrinin 70-dək hakiminin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti qiymətləndirilib.

Buna da bax:​ Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi məqsədəuyğun bilinib. Bu addıma səbəb kimi hakimlərin “vətəndaşların haqlı narazılığına səbəb olan nöqsan və pozuntulara yol vermələri” göstərilir.

İclasda bir sıra birinci instansiya məhkəmələrinin sədri və hakimlərinin təyinatı, bəzi hakimlərin iş yerinin dəyişdirilməsi barədə ölkə prezidentinə təkliflər verilib.

Qanunvericiliyin tələblərinin və icra intizamının pozulması hallarına, süründürməçiliyə yol verdiklərinə görə 2 hakimin tutduğu vəzifədən aşağı işə keçirilməsi qərara alınıb, daha 2 hakim barəsində intizam icraatı başlanıb.

Buna da bax: Şirvanda 2 cəbhəçinin həbs edildiyi bildirilir

Məhkəmə-Hüquq Şurası (MHŞ) 2005-ci ilin fevral ayından fəaliyyətə başlayıb. 15 nəfərdən ibarət olan şura əsasən hakimlərdən (9 nəfər) formalaşıb. Eyni zamanda onun tərkibinə hakimiyyətin digər qоllarının, habelə məhkəmə prоsesində tərəf оlan prоkurоrluğun və vəkilliyin nümayəndələri daxil olunub. Hakimlərin ilkin, davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aiddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG