Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:42

Bu gün, oktyabrın 13-ü Bakı Apellyasiya Məhkəməsi inzibati qaydada həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 4 fəalını azadlığa buraxmaqdan imtina edib.

Sumqayıt Apellyasiya Məhkəməsi isə başqa bir AXCP fəalı Cabbar Savalanlının vəkillərinin şikayətini rədd edib.

Bu haqda AzadlıqRadiosu-na vəkil Əsabəli Mustafayev məlumat verib.

Buna da bax: Daha bir dindar fəal yoxa çıxıb

Vəkilin bildirdiyinə görə, Füzuli Hüseynovun, Ruslan Nəsirovun, Yalçın Abdullayevin Məhərrəm Rzayevin şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Sumqayıt Apellyasiya Məhkəməsində isə Cabbar Savalanlının şikayəti üzrə prosess keçirilib.

Cəbhəçilərin apellyasiya şikayətində onların əsassız və qanunsuz olaraq həbs edildiyi bildirilib. Məhkəmədən onların azadlığa buraxılması istənilib.

Cabbar Savalanlı istisna olmaqla, digər cəbhəçilər məhkəmədə iştirak ediblər. Vəkilin deməsinə görə, onlar çıxışlarında əsassız yerə həbs olunduqlarını deyiblər.

Buna da bax: Gözəl Bayramlının şikayəti təmin edilmədi

Hər iki məhkəmə müxalifətçilərin şikayətlərini rədd edib.

“Məhkəmə baxışı həmişəki formal qaydada, heç bir vəsatət təmin olunmadan keçirildi. Birinci instansiya məhkəmələrinin qərarları heç bir dəyişiklik edilmədən qüvvədə saxlanıldı”, – Ə.Mustafayev bildirib.

AXCP isə bu həbsləri gənclərin gözünü qorxutmaq, mitinqin kütləviliyinin qarşısını almaq istəyi ilə izah edib.

Buna da bax: Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb.

Ancaq mitinqdə səslənən bu açıqlamanı hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Sonra isə Vəkil Əsabəli Mustafayev bildirdi ki, AXCP-nin ümumilikdə 6 fəalına 10 sutkadan 30 sutkaya kimi inzibati həbslər verilib.

Hərçənd, aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Mitinqdən sonra KİV-lərə açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar isə müxalifəti qərəzdə və hakimiyyətin ünvanına böhtan atmaqda günahlandırıblar.

Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm RzayevFizuli Hüseynov hazırda Bakının Binəqədi rayon polisində, digər fəal Cabbar Savalanlı isə Sumqayıt polisində saxlanılır. C.Savalanlı 10, digərləri isə 25-30 günlüyə həbs ediliblər. Onlar polisin qanuni tələblərinə əməl etməməkdə günahlandırılır.

İnzibati qaydada həbs edilən AXCP fəallarından 6-cı gəncin - Ramid Nağıyevin apellyasiya şikayəti isə dünən, oktyabrın 12-də rədd edilib. O, da polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG