Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:27

Trump-ın nüvə sazişindən çıxacağı gözlənmir


Donald Trump

ABŞ prezidenti Donald Trump-ın oktyabrın 13-də çıxışında İranın Yaxın Şərqə müdaxiləsiylə bağlı sərt addımlara çağıracağı gözlənir, ancaq o, Birləşmiş Ştatların Tehranla nüvə sazişindən çıxdığını elan etməyəcək. Bunu ABŞ rəsmiləri oktyabrın 12-də mediaya deyiblər.

Adlarının çəkilməməsi şərtiylə danışan rəsmilərin sözlərinə görə, Trump 2015-ci ildə imzalanmış sazişin ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun gəlmədiyini, Tehranın ballistik raketlər hazırlamaqla və regional münaqişələri alovlandırmaqla sazişin «ruhunu» pozduğunu bildirəcək.

Ancaq o, İranın saziş çərçivəsində nüvə fəaliyyətini məhdudlaşdırmaq öhdəliklərini texniki pozduğunu elan etməyəcək və sanksiyaların bərpasına çağırmayaq.

Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaları yüngülləşdirdi.

Rəsmilərin sözlərinə görə, Trump Konqresi Tehrana yeni, daha sərt tələblər qoyacaq qanunvericilik qəbul etməyə çağıracaq. Trump həmçinin, Konqresdən xahiş edəcək ki, onun hər 90 gündən bir İranın sazişə əməl etdiyinə zəmanət verməsini tələb edən qanunvericiliyi dəyişdirsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG