Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 02:44

Raket və artilleriya birləşmələrinin təlimi olub


Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər. 12okt2017

Azərbaycan Silahlı Qüvvələrinin raket və artilleriya birləşmələrinin təlimləri keçirilib.

Hərbi vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan təlimlər Silahlı Qüvvələrin 2017-ci il üzrə hazırlıq planına uyğun təşkil edilib.

Bu haqda, bu gün, oktyabrın 12-də Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirlik bildirir ki, təlimlərdə artilleriya bölmələri marşın icra etməsi, cəmləşmə rayonlarına çıxarılma və qərarların qəbul olunması tapşırıqlarını icra ediblər.

Buna da bax: Ermənistanda KTMT ölkələri cəld reaksiya qüvvələrinin hərbi təlimləri başlayıb

Hərbçilərə gizliliyə riayət etməklə atəş, start mövqelərinin tutulması, yerdəyişmə və digər tapşırıqlar da verilib.

Təlimlərdə müasir qaydada avtomatlaşdırılan idarəetmə sistemlərindən və atəşin korrektə edilməsindən ötrü pilotsuz uçuş aparatlarından da istifadə edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG