Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

ABŞ rəsmisi Bakıda səfərdədir [yenilənib]


Azərbaycan Müdafiə nazirinin müavini ABŞ Müdafiə nazirinin nümayəndəsi ilə görüşüb. 12okt2017

ABŞ-ın müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini Laura Kuper Azərbaycana gəlib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.

* * *

ABŞ Müdafiə Nazirliyinin rəsmisi görüşlərə başlayıb

Oktyabrın 12-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini Kərim Vəliyev Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini xanım Laura Kuperlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Buna da bax: Noyabrın 1-də Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü gözlənilir

Görüş zamanı qonağa regionun təhlükəsizliyi haqqında məlumat verilib.

Habelə, Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

* * *

“ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik”

“Müzakirələrimiz ABŞ-ın Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi sülhməramlıların yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı olub. ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik”.

Bu sözləri oktyabrın 12-də Azərbaycanda səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper keçirdiyi brifinqdə söyləyib.

Buna da bax: Raket və artilleriya birləşmələrinin təlimi olub

L.Kuper deyib ki, Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Qoşunları və Prezident Administrasiyasında görüşlər keçirib.

“ABŞ-ın Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm”, – deyə o qeyd edib.

O bildirib ki, ABŞ Azərbaycanı qlobal terrorizmlə mübarizədə vacib tərəfdaşı hesab edir.

“Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94 azərbaycanlı hərbiçi Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir”, – o, bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG