Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:39

İki prezident dalaşanda...


Nursultan Nazarbayev (solda) və Almazbek Atambayev
Nursultan Nazarbayev (solda) və Almazbek Atambayev

Yüzlərlə maşın növbələrə düzülüb. Sərhədi piyada keçənlər üçün də üzücü yoxlamalar var.

Qazaxıstan hakimiyyəti oktyabrın 10-dan Qırğızstanla sərhədə nəzarəti kəskin şəkildə gücləndirib. Nəticədə böyük növbələr yaranıb.

Müşahidəçilərin fikrincə, bu, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qırğız həmkarı Almazbek Atambayevin kəskin tənqidinə cavabıdır. Qırğızstan prezidenti oktyabrın 9-dakı çıxışında öz ölkəsində keçirilən prezident seçkisinə Qazaxıstanın mümkün müdaxiləsinə toxunmuş, 77 yaşlı Nazarbayevin qocalığını və Qazaxıstanda korrupsiyanı vurğulamışdı.

Iki prezident dalaşır, əziyyəti adi vətəndaş çəkir
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bundan az əvvəl isə Nazarbayev Qırğızıstanda prezidentliyə namizəd Ömürbek Babanovla görüşmüşdü. Qırğzıstanın İnsan haqları Komitəsinin məlumatına görə, sərvəti 1,5 milyard dollar olan 47 yaşlı Babanov ölkənin ən varlı adamlarından biridir.

Omurbek Babanov mitinqdə
Omurbek Babanov mitinqdə

Oktyabrın 15-də Qırğızıstan prezident seçkisidir. İndiki prezident Atambayev konstitusiyaya görə daha prezident seçilə bilməz.Babanov isə hakimiyyətin dəstəklədiyi namizəd deyil. İndi Babanovla Qazaxıstan prezidentinin görüşü Atambayevi bər qəzəbləndirib:

“Mən Nazarbayevin dediyini dətəkləyirəm ki, o, Babanovla görüşdə “Qırğızstanda gənc prezident olsa yaxşıdır,” - deyib. Ancaq Qırğızstanda prezidentliyə ən yaşlı namizəd Nazarbayevdən 20 yaş cavandır. Cavan prezident Qırğızstana lazımdır yoxsa Qazaxıstana?

Hörmətli Nazarbayev deyir ki, təkcə Almatının ÜDM-u bütün Qırğızstanın ümumi məhsulundan 5 dəfə çoxdur.

Düz deyir.

Bütün Qazaxıstanın ÜDM-u Qırğızstandakından 20 dəfə çoxdur. Adamabına düşən məhsul 10 dəfə çoxdur.

Bəs, onda niyə Qazaxıstanda pensiya Qırğızstandan 10 dəfə yox, cəmi cəmi 50 faiz çoxdur? Xidmət haqları 5 dəfə yuxarıdır? Çünki Qazaxıstanın sərvətini talayırlar.

....Mən diplomat deyiləm, ola bilər artıq sözlər dedim.“

Ancaq sözlər artıq deyilib. Bunun altını isə sıravi qırğızlar çəkir.

Azadlıq Radiosunun Qırğız xidmətinin məlumatına görə, Qazaxıstanla Qırğızstan arasında ən azı 3 keçid məntəqsində nəzarət kəskinləşib. Bunlardan hər gün azı 20 min adam və 2 min maşın keçir.

Qazaxıstanın sərhəd xidmətinin yaydığı rəsmi məlumata görə, isə yoxlamanın gücləndirilməsi vaxtaşırı keçirilən adi nəzarət əmiyyatıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG