Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

“Facebook” şirkətinin rəhbəri Konqresdə ifadə verəcək


Sheryl Sandberg

“Facebook” şirkətinin icraçı direktoru Sheril Sendberg Moskvanın ABŞ-da keçirilən president seçkisinə mümkün müdaxiləsinin araşdırılmasına nəzarət edən konqresmenlərlə görüşəcək.

O, sentyabrın 12-də Nümayəndələr palatasının kəşfiyyat komitəsində ifadə verməlidir.

“Feysbuk” sentyabrın sonlarında Konqresə 3 mindən çox siyasi reklam verib ki, onlar ABŞ-da keçirilən seçki kampaniyaları zamanı sosial şəbəkələrdə rusiyalı sifarişçilər yerləşdiribmiş.

Həmçinin “Google” və “Twitter” də daxil olmaqla aparıcı texnologiya şirkətlərinin rəhbərləri Konqresdə ifadə verməlidirlər.

ABŞ Rusiyanı 2016-cı ildə ölkədə keçirilən president sçkisinə müdaxilədə şübhəli bilir və hazırda bu məsələ ilə bağlı istintaq aparır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG