Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 09:01

2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində 24.8 milyard manat dəyərində məhsul satılıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

Bu, ötən ilin eyni dövrünün göstəricilərindən 2.1 faiz çoxdur.

Ticarət dövriyyəsinin 12.6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları tutub. 12.2 milyard manatını isə qeyri-ərzaq məhsulları təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45.8 faizi ərzaq məhsullarının, 4.8 faizi içkilər və tütün məmulatlarının payına düşüb. Bunun 18.1 faizi toxuculuq məhsullarına, geyimlərə, ayaqqabılara, 6.3 faizi də elektrik malları və mebellərə xərclənib.

5.2 faizi avtomobil yanacağının, 1.4 faizi əczaçılıq, tibbi malların, 0.7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 17.7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 283.4 manat təşkil edib. Bu, 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 40 manat çoxdur.

Bu dövr ərzində ərzaq məhsullarının 18 faiz bahalaşdığı bildirilir. İnflyasiya isə 14 faizə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG