Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:20

Bu gün, oktyabrın 12-i Bakı Beynəlxalq Neft Sammiti başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, sammiti SOCAR-ın dəstəyi ilə «Argus» Beynəlxalq Qiymət Agentliyi təşkil edib.

İki gün davam edəcək sammitin sessiyalarında «Xəzər regionunun neft məhsulları bazarı», «Azərbaycanda dəmiryol daşımalarının inkişaf meylləri» və başqa oxşar mövzular müzakirə ediləcək.

Tədbirin iştirakçıları arasında energetika nazirinin müavini Natiq Abbasov, SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Gary Jones yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG