Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:19

Rusiya 'oğurlanmış' bayraqlara görə etiraz edir


Rusiyanın San-Fransiskodakı konsulluğu

Rusiyanın San-Fransiskodakı boşaldılmış konsulluğundan dövlət bayraqlarının «oğurlanması» iddiasıyla bağlı Moskva oktyabrın 11-də Birləşmiş Ştatlara etiraz edib. ABŞ Dövlət Departamenti isə dərhal bu ittihamı rədd edib.

Rusiyanın ABŞ-dakı səfirliyi rusdilli Twitter hesabında yazıb ki, binadakı bayraqlar «oğurlanıb» və bunu «utancgətirici hadisə» adlandırıb. Bu il iki ölkə arasında diplomatik qalmaqallar səngimək bilmir.

«Amerika hakimiyyətindən dövlət simvollarımızı qaytarmağı tələb edirik», – tvitdə deyilib və konsulluq binasında boş qalmış bayraq dirəyinin fotosu da yerləşdirilib

ABŞ Dövlət Departamenti isə bayraqların oğurlanmadığını bildirib.

«San-Fransiskodakı keçmiş Rusiya konsulluğunda bayraqlar hörmətlə endirilib və binaların özündə təhlükəsiz şəraitdə saxlanır», – qurum jurnalistlərə göndərdiyi e-mail-də qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG