Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:08

Müdafiə naziri Zakir Həsənov Tacikistana səfər edib.

O, Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Düşənbədə keçiriləcək toplantısına qatılacaq.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Buna da bax: Müdafiə naziri Belarusda

Məlumata görə, toplantı sabah, oktyabrın 12-də baş tutacaq.

Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının toplantısında əməkdaşlıq, regional təhlükəsizlik və başqa məsələlərin müzakirəsi gözlənir.

Xatırlatma

Müstəqil Dövlətlər Birliyi – Baltikyanı ölkələri çıxmaqla keçmiş SSRİ respublikasının əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir.

Təşkilat, SSRİ-nin süqutundan sonra, 1991-ci il dekabrın 8-də yaradılıb.

Buna da bax: Azərbaycan müdafiə naziri İsraildə

Azərbaycan 1991-ci ildən bu qurumla əməkdaşlıq edir.

Ölkə parlamenti MDB-yə üzv olmaq haqqında qərarı yalnız, keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında ratifikasiya edib. Bununla Azərbaycan MDB-nin tam hüquqlu üzvü olub.

Rusiya qoşunlarının 2008-ci ildə Gürcüstan ərazisinə daxil olmasından sonra Gürcüstan bu qurumdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG