Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:12

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 11-də Rusiyanın Soçi şəhərinə gedib.

AZƏRTAC-ın xəbərinə görə, Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoly Pakhomov və digər rəsmi şəxslər qarşılayıblar.

Yayılan məlumatlara görə, səfərin məqsədi MDB ölkələri dövlət başçılarının sammitində iştirak etməkdir. Oktyabrın 11-də keçiriləcək sammitdə dövlət başçıları əvvəlcə məhdud, daha sonra geniş tərkibdə danışıqlar aparmalıdırlar.

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar.

Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib.

Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG