Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:35

Erdoğan Serbiyanın müsəlmanlar yaşayan hissəsinə gedəcək


R.T.Erdoğan və A.Vucic

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın Serbiyaya səfəri davam edir. O, oktyabrın 11-də, əsasən, müsəlmanların yaşadığı Sancak bölgəsinə gedəcək.

Erdoğan Belqrada oktyabrın 10-da ikigünlük səfərə gedib. Təhlilçilər Ankaranın Balkanlarda nüfuzunu artırmağa çalışdığını deyirlər.

Erdoğan Serbiya prezidenti Aleksandar Vucic-lə görüşündə ticarət və investisiya, eləcə də regionda siyasi münasibətləri müzakirə edib.

Balkanlardakı bir çox ölkələri Türkiyəyə Osmanlı dönəmindən bəri tarixi və dini əlaqələr bağlayır.

1990-cı illərdə Türkiyə Bosniya müsəlmanlarını xristian pravoslav serblər və katolik xorvatlara qarşı dəstəkləyib.

«1389 deyil, 2017-ci ildir», – Osmanlının Serbiyanı işğalına eyham vuran Vucic deyib.

«Bu gün Serbiya Türkiyəni dostu sayır», – o, sözlərinə əlavə edib.

Erdoğan-sa iki ölkə arasında 800 milyon dollarlıq ticarəti yetərli saymadığını vurğulayıb. O, Türkiyənin sərmayələri artıracağını vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG