Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:54

Bu ilin 9 ayında Azərbaycanda neft sektorunda sənaye məhsulu istehsalının azaldığı bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında ölkədə ümumilikdə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Sənayenin neft sektorunda istehsal 6,6 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda isə məhsul istehsalı 3,1 faiz artıb.

Statistika qurumu bildirir ki, sənaye məhsulunun 70,2 faizi mədənçıxarma, 24,6 faizi emal, 4,4 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal edilib.

Buna da bax:​ Sənaye məhsulu istehsalı 5 faiz azalıb

Mədənçıxarma sektorunda neft hasilatının 8 faiz, əmtəəlik qaz hasilatının isə 3,4 faiz azaldığı bildirilir.

Emal sektoruna gəlincə, əksər məhsulların istehsalında artım müşahidə olunub.

İçki istehsalında 26,9, toxuculuqda 73,8, geyim istehsalında 37,9, ağac emalında 51,8, kimya sənayesində 18,1, elektrik avadanlıqlarının istehsalında 65,7 faiz artım olub.

Tütün, ayaqqabı, maşın və avadanlıqların təmir-quraşdırma işlərində isə azalma baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG