Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:16

Deputatın qardaşı oğlunun şirkəti ilə bağlı məhkəmə gedir


Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat Ağalar Vəliyevin qardaşı oğlu Ramin Vəliyevin şirkəti ilə bağlı araşdırma gedir. Məhkəmə qarşısında dayanan isə şirkətin direktoru, 1969-cu il təvəllüdlü Şamil Bədəlovdur.

Bədəlov CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. O, şirkətdən 42 min manatlıq mənimsəmədə suçlanaraq, cinayət məsuliyyətinə cəlb olunub.

Buna da bax:​ YAP-çı deputat: “Cənab prezident humanistlik göstərib demir ki, korrupsiya iddialarını araşdırın”

Deputat Ağalar Vəliyev özü də “Azəraqrartikinti” ASC-nin rəhbəridir. Deputatın qardaşı oğluna məxsus “Azital İnşaat” MMC ilə “Azəraqrartikinti” ASC-nin qeydiyyat ünvanı eynidir - Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 93.

“Azintal İnşaat” MMC 2011-ci ilin avqustunda təsis olunub. Şirkət yolların çəkilməsi, körpülərin salınması və s. işlərlə məşğul olub, bir sıra dövlət proqramlarını həyata keçirib. Bu şirkət eyni zamanda SOCAR-ın tikinti layihələrində də əsas podratçılardandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG