Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:15

330 minlik ölkənin futbol millisi dünya çempionatında


Foto arxiv

İslandiyanın futbol millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

Komanda son oyununda Kosovo millisini 2:0 hesabı ilə məğlub edib.

İslandiya prezidenti Qudni Yohansson oyunu adi tribunada-azarkeşlərin arasında izləyib.

Final fitindən sonra Reykyavik stadionunda atəşfəşanlıq olub.

İslandiya həm də əhalisinin sayına görə tarixdə dünya çempionatının finalına vəsiqə qazanan ilk kiçik ölkə olub.

Ölkənin 330 minədək əhalisi var.

Sports.ru saytı yazır ki, yığmanın baş məşqçisi ötən ilədək diş həkimi işləyirmiş. Oyunçuların bir neçəsi isə futbola başqa idman növlərindən gəliblər.

Yığmanın qapıçısı isə peşəkar reklamçıdır, İKEA, COCA-Cola və digər iri şirkətlər üçün reklamlar hazırlayır.

Komanda 2016-cı ildə Avropa Çempionatının ¼ finalına çıxa bilib.

Həmin oiyunu ölkədəki televiziya tamaşaçılarının 99,8 faizi izləyib.

Fransada keçirilən həmin oyuna isə 30 minə yaxın islandiyalı gəlmişdi.

Mənbənin yazdığına görə baş məşqçi hər oyundan əvvəl barda azarkeşlərlə görüşür,onlara start heyət və seçilmiş taktika barədə məlumat verir.

Bu ənənə 4 ildən çoxdur ki, keçirilir.

Amma bu müddət ərzində sosial şəbəkələrdə məşqçinin dedikləri barədə bir dəfə də olsun məlumat sızmayıb.

5 il əvvəl FİFA-nın reytinq cədvəlində 131-ci olan İslandiya yığması indi 22-ci pillədədir.

2018-ci il dünya çempionatı Rusiyada keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG