Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:16

Benzindoldurma məntəqlərinə uzun növbələr, ya da məntəqə bağlıdır!


Almaty 10 oktyabr

Qazaxıstanın baş naziri Bakıtjan Sagintayev oktyabrın 10-da Astanada hökumətin iclasında deyib ki, energetika naziri Kanat Bozumbayevə töhmət verilməsi üçün prezident Nursultan Nazarbayevə təqdimat verəcək. Səbəb kimi də benzinlə bağlı yaranan vəziyyəti göstərib. Son günlər ölkədə benzinin qiyməti qalxır, benzindoldurma məntələqrində uzun növbələr yaranıb.

Yeri gəlmişkən, 3 il qabaq Nazarbayev demişdi ki, “Qazaxıstanda benzin çatışmazlığı gülməlidir”.

Baş nazir Sagintayev özünün səlahiyyətində olan qərarlar barədə deyib ki, Energetika nazirinin müavini Aset Magayovu artıq işdən çıxardıb. Baş nazirin əmri ilə dövlət şirkəti olan KazMunayQazın vitse-prezidenti Daniyar Berlıbayev də işdən qovulub. KazMunayQazın rəhbəri Sayat Mınbayevə isə töhmət verilib.

45 SENTDƏN 59 SENTƏ

Bununla belə, Reutersin məlumatına görə, oktyabrın 10-da Qazaxıstanın ən böyük şəhəri olan Almatıda bir çox yanacaqdoldurma məntəqləri ya işini dayandırmışdı, ya da benzin verilməsini azaltmışdı, bəzi məntəqlər isə qiymətləri kəskin qaldırıb. Keçən həftə litri 155 tengeyə, yəni dollar hesabı ilə 45 sentə olan benzin indi 200 tengeyə - 59 sentədir.

Benzindoldurma məntəqəsi bağlıdır
Benzindoldurma məntəqəsi bağlıdır

Növbələrin və bahalanmağın səbəbini bir sıra hökumət rəsmiləri Qazaxıstanda benzin çatışmazlığında görür.

Baş nazir isə hökumət iclasında deyib ki, ölkədə guya “benzin çatmır” – deyənlər bəhanə gətirir vəöz öhdələrtinə düşən işdən yayınırlar.

Hökumətin iclasında çıxış edən energetika naziri Bozumbayev də deyib ki, Qazaxıstanda benzin kifayət qədərdir.

Bəs, benzin növbələri niyə yaranır? Baş nazirin izahına görə, bütün problemlər neftayırma zavodlarının təmirinə görə yaranıb.

“Pavlodar neft-kimya zavodunun təmirinin yazdan payıza keçirildiyi haqda məktubu hələ maydan göndərmişik. Hamı gözəl bilirdi ki, bir-birinin ardınca iki zavod təmirə dayanacq. Boş yerə gərginlik yaratdılar. Məzənnədəki fərqdən danışmaq, idxalın payının artmasını misal çəkmək, - bütün bunlar hamısı bəhanədir. Bütün bu izahlarla mən razılaşa bilmərəm. Hesab edirəm ki, bunlar bəhanədir, öz birbaşa öhdəliyindən yayınmadır”

Qazaxıstanda 3 böyük neftayırma zavodu var. Onlardan biri sentyabrın 21-də təmirə dayanıb.

Ancaq hər 3 zavod işləyəndə belə, Qazaxıstan yanacağın 3-də 1-ni Rusiyadan alırdı.

İndi Qazaxstan hökumətində təkliflər səslənir ki, Rusiyadan daha çox yanacaq alınsın.

Ilham Şaban
Ilham Şaban

AZƏRBAYCAN VAXTINDA TİKSƏYDİ

Qazaxıstqandakı benzin ətrafındakı vəziyyət Azərbaycana təsir edə bilərmi və ya Azərbaycan bundan yararlana bilərmi?

Neft məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Azərbaycan Qazaxıstandan benzin almır ki, Qazaxıstanda bu vəziyyət Azərbaycanda bahalanmaya gətirə və ya Azərbaycanın artıq benzini yoxdur ki, Qazaxıstana sata.

Ancaq Azərbaycanın buraxılmış imkanından danışmaq olar:

İlham Şaban: "Azərbaycanın 2015-ci ildən müasirləşdirməyə başladığı Heydər Əliyev adına neftayırma zavodunda bu müasirləşdirmə tezliklə başa çatdırılsaydı və ya Azərbaycan yeni neftayırma zavodu tiksəydi, bu gün Azərbaycan Qazaxıstana benzin sata bilərdi."

İlham Şaban onu da deyir ki, Qazaxıstanda indiki benzin böhranı ona görə yaranıb ki, milli pul - tenge düşür, Qazaxıstanın xaricdən aldığı benzin bahalanır. Regionlarda yeni qiymətə bu benzini ala bilmirlər, köhnə qiymətə isə satmaq istəyən yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG