Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:24

Barselona meri birtərəfli qaydada İspaniyadan ayrılmağa qarşıdır


Ada Colau

Barselona meri Ada Colau Kataloniya hökumətinin rəhbəri Carles Puigdemont-u birtərəfli qaydada əyalətin müstəqilliyini elan etməməyə, İspaniyanın baş naziri Mariano Rajoy-u isə Kataloniyada mərkəzi idarəçilik tətbiq etməməyə çağırıb.

Ada Colau-ın fikrincə indi hər iki tərəf dialoq və əməkdaşlıq üşün barışıq jesti etməlidirlər.

Qeyd edək ki, ötən bazar Barselonada əyalətin İspaniyadan ayrılmasına qarşı çıxanların kütləvi nümayişi olub.

Müxtəlif məlumatlara görə nümayişdə350-950 min arası adam iştirak edib.

Oktyabrın 10-da Kataloniya parlamentinin növbəti sesiyası keçiriləcək.

Əyalət rəhbəri Carles Puigdemont-un regionun müstəqilliyini elan edəcəyi gözlənilir.

Kataloniyanın referendum qanununa görə, oktyabrın 10-da assambleyada müstəqilliyin elanından sonra İspaniyadan altı aylıq ayrılma prosesi başlamalıdır. Madrid bu qanunu qeyri-konstitusion sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG