Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:09

Las-Veqasdakı kütləvi qırğınla bağlı yeni açıqlama verilib


Las Vegas

Las-Veqas polisi oktyabrın 1-də şəhərdə törədilən kütləvi qırğınla bağlı yeni açıqlama verib.

Yerli şerif Jo Lambardo mətbuat konfransında deyib ki, bu qırğını törədən Stephen Paddock qaldığı hoteldən konsertə toplaşanları atəşə tutmazdan əvvəl hotelin mühavizəçisini yaralayıb, sonra isə konsertə toplaşanları atəşə tutumağa başlayıb.

Bundan əvvəlki versiyada bunun atışmadan sonra baş verdiyi bildirilirdi.

Mühavizəçi İisus Kampos-un yeni ifadəsinə görə, o atəş səsinə yox, hoteldəki otağın qapısının açıq olması və drel səsinə reaksiya verib. Paddock həmin vaxt qonşu otağın divarında dəlik açırmış.

Kampos ona yaxınlaşanda Paddock Avtomat silahla 200-dən çox güllə buraxıb və bu təxminən kütləvi qırğından 6 dəqiqə əvvəl olub.

Qeyd edək ki, Paddock konsertə toplaşanlara təxminən 10 dəqiqə atəş açıb.

Nəticədə 58 nəfər həlak olub.

Bu ABŞ-ın tarixində ən böyük kütləvi qarşındır.

Qətlin votive hələlik bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG