Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Rusiya ordusundakı əcnəbilər ölkə xaricindəki əməliyyatlarda da iştirak edə biləcək


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunda xidmət edən xaricilərin ölkədən kənardakı sülhməramlı missiyalar və antiterror əməliyyatlarında iştirakına imkan verən qanun imzalayıb.

Müvafiq fərman oktyabrın 9-da prezidentin rəsmi saytında yerləşdirilib.

Vladimir Putin 2003-cü ildə xaricilərin müqavilə əsasında əsgər, dənizçi və serjant kimi Rusiya ordusunda iştirakına imkan verən qanun imzalayıb.

Amma bu qanun zabitlərə aid deyil.

Qeyd edək ki, Rusiya 2015-ci ildən Suriyada hərbi əməliyyatlar keçirir.

Rusiya ordusu bu savaşda Suriyanın hökumət qoşunlarını, president Bashar Azad rejimini dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG