Rusiyanın Su-24 bombardmançı təyyarəsi Suriyadakı Hemeymim bazasından qalxmaq istəyərkən uçuş-eniş xəttindən kənara çıxıb.
Heyət katabulta etməyə məqam tapmadığından həlak olub.
Bu təyyarədə adətən 2 heyət üzvü olur.
Bu barədə TASS agentliyi oktyabrın 11-də Rusiyanın müdafiə nazirliyinə istinadla məlumat yayıb.
Nazirlik bildirib ki, qəzaya səbəb texniki nasazlıq ola bilər.
Məlumata görə qəza oktyabrın 10-da baş verib.
Qeyd edək ki, Rusiyanın Hemeymimdə hərbi-hava bazası var.
Rusiya ilə İran Suriya müharibəsində ölkə prezidenti Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə bu rejimə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar.