Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

Texasda universitetdə tələbə polisi güllələyib


Polis

ABŞ-ın Texas ştatının Labbok şəhərində yerləşən universitetdə 19 yaşlı tələbə polisi güllələyib. Universitet Dallasdan 550 kilometr qərbdə yerləşir.

Yerli medianın yazdığına görə, hadisə oktyabrın 9-da axşam baş verib. Polis tələbənin otağını yoxlayıb, narkotik maddə aşkarlayıb.

Polislər tələbəni universitet kampusundakı polis məntəqəsinə gətiriblər. Burada tələbənin polisin başına atəş açdığı bildirilir.

Şübhəli hadisə yerindən qaçsa da, sonradan yaxalanıb.

Hadisəylə bağlı universitetə giriş-çıxış müvəqqəti bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG